Romada minlərlə insan hökumət əleyhinə etiraz aksiyası keçirir

Romada  minlərlə insan hökumət əleyhinə etiraz aksiyası keçirir
# 20 oktyabr 2012 17:45 (UTC +04:00)
Bakı-APA. İtaliyanın paytaxtı Romada hökumətin apardığı iqtisadi siyasətə qarşı etiraz aksiyası keçirir.
APA-nın verdiyi xəbərə görə, İtaliyanın ən iri həmkarlar İttifaqı konfederasiyaları olan “Kril”-in təşkil etdiyi etiraz aksiyası Romanın mərkəzində yerləşən meydanda keçirilir. Aksiya iştirakçıları sərt qənaət tədbirlərinə, işsizliyə və müəssisələrin bağlanmasına qarşı etiraz edirlər.
Aksiyanın keçirilməsinə daha bir səbəb hökumətin Sardiniya regionunda alüminium zavodunun və ölkənin cənubunda poladəritmə zavodunun bağlamağa dair planları olub. Etirazçılar baş nazir Mario Montidən investisiyaların yeni iş yerlərini açılmasına yönəldilməsini tələb edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR