Nazir: “Kənd məktəblərində işləyən gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər görülməsi barədə təkliflər hazırlanır”

Nazir: “Kənd məktəblərində işləyən gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər görülməsi barədə təkliflər hazırlanır”
# 24 oktyabr 2012 09:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib. Onun sözlərinə görə, nazirlik ilbəil olmasa da, bir necə ildən bir bu barədə hökumətə təkliflər verir və stimullaşdırıcı tədbirlər görülür: “Düşünürük ki, bu il də yeni təklif hazırlayaq. Məsələn, müəllimlər üçün vəsaitlərin, şəraitin artırılması baxımından. Düşünürəm ki, hökumət bizim təklifimizlə bağlı qərar verəcək”.

Nazir deyib ki, nazirlik tərəfindən dövlət imtiyazları ilə işləmək şərti ilə ucqar kənd məktəblərinə göndərilən gənc müəllimlərin əksəriyyəti olmasa da, bir qismi həmin yerlərdə işləməkdən imtina edirlər. Onun sözlərinə görə, kənd məktəblərində işləməyərək geri qayıdan gənclərin problemləri araşdırılır. Onların problemlərinin həlli üçün müvafiq tədbirlər görülür: “Hər il təxminən 700-800 müəllim dövlət imtiyazları əsasında işləmək üçün kənd məktəblərinə gedir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR