Əli Həsənov: “Yanğından zərər çəkən məcburi köçkünlər digər yerlərdə yerləşdiriləcəklər”

Əli Həsənov: “Yanğından zərər çəkən məcburi köçkünlər digər yerlərdə yerləşdiriləcəklər”
# 13 iyun 2012 10:59 (UTC +04:00)
Dövlət proqramına əsasən, yaxın zamanlarda bu ailələrin köçürülməsi nəzərdə tutulub. Həm Bakı Dövlət Universitetinin yataqxanalarında, həm də bu binalarda məskunlaşan köçkünlər nəzərdə tutulan əraziyə köçürüləcəklər”. APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, bu gün baş vermiş yanğından zərər çəkən məcburi köçkünlərin hamısı başqa yerdə yerləşdiriləcək: “Hələlik ailələrə dəyən ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə barədə prezidentə də məruzə olunub. Zərər çəkən şəxslər günün sonunadək məskunlaşdırılacaqlar”.

Komitə sədrinin sözlərinə görə, Maliyyə Nazirliyi ilə məsləhətləşmələr aparılıb və qərara alınıb ki, Binəqədi rayonunda hazır binalarda bu gün, ən geci sabah ərzində mənzillər ayrılsın və zərərçəkənlər orada məskunlaşdırılsın.

Ə. Həsənov FHN və polis əməkdaşlarına vaxtında hadisənin qarşısının alınması, heç bir bədbəxt hadisənin baş verməməsinə görə təşəkkür edib: “Məcburi köçkünlər dövlətin himayəsindədirlər, qalan digər məsələlər də həllini tapacaq”.

Qeyd edək ki, binada Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarından olan məcburi köçkünlər məskunlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR