Nemət Pənahlının və tanışının kassasiya şikayətləri təmin olunmayıb

Nemət Pənahlının və tanışının kassasiya şikayətləri təmin olunmayıb
# 20 iyun 2012 15:20 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə Milli Dövlətçilik Partiyasının (AMDP) həbsdə olan sədri Nemət Pənahlı və onun tanışı Ceyhun Fərzullayevin kassasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunurlar. Nəsimi rayon Məhkəməsinin qərarı ilə AMDP sədri Nemət Pənahlı 6 il, Ceyhun Fərzullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR