Ramin Mehmanpərəst: “Türkiyə və Suriya arasında baş verən son hadisələr bölgənin təhlükəsizliyini pozmaq istəyən düşmənlərin oyunudur”

Ramin Mehmanpərəst: “Türkiyə və Suriya arasında baş verən son hadisələr bölgənin təhlükəsizliyini pozmaq istəyən düşmənlərin oyunudur”
# 05 oktyabr 2012 10:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Türkiyə və Suriya rəsmilərini soyuqqanlı olmağa və hadisəni araşdırmağa çağırırıq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib. O bildirib ki, yaranmış vəziyyət İranda da narahatçılıq doğurur: “ Hadisə zamanı yaxınlarını itirən ailələlərin kədərini bölüşürük. Türkiyə və Suriya arasında baş verən son hadisələr bölgənin təhlükəsizliyini pozmaq istəyən düşmənlərin oyunudur. İran hər zaman Suriya problemini həll etməyə səy göstərən dövlətdir. Bu ölkədə mövcud olan böhran siyasi yollarla həll edilməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR