Milli Məclis “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” sazişi təsdiqləyib

Milli Məclis “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” sazişi təsdiqləyib
# 02 noyabr 2012 10:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin (MM) iclasında “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə MM-in Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub. Beləliklə, “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya haqqında” 2012-ci il martın 19-da imzalanmış saziş Azərbaycanın ona dair qeyd-şərti və bəyanatları ilə (qeyd-şərtin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR