Astara rayon sakini dənizdə boğulub

Astara rayon sakini dənizdə boğulub
# 17 avqust 2012 21:14 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunda boğulma hadisəsi baş verib. Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Nail Qəmbər oğlu Nəzərov avqustun 17-də axşam saatlarında Xəzər dənizinin Astara rayonu ərazisində, dənizin nəzarətsiz hissəsində çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri çağırılıb. Onların səyləri ilə N.Nəzərovun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR