Kürdəmir rayonunda 3 gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib

Kürdəmir rayonunda 3 gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 18 mart 2012 12:31 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, "Super Maks" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub.

Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Maşının sürücüsü ağır xəsarət almayıb.

Minik avtomobilinin sürücüsü, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Əsəgrov Ağa Səfər oğlu və onun sərnişinləri və həmşəhərliləri, 1986-cı il təvəllüdlü Məmmədov Hüseyn Sübhan oğlu və 1984-cü il təvəllüdlü Paşayev Rəşad Ələmdar oğlu isə aldıqları bədən xəsarətlərindən hadisə yerindəcə keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin rəsmi saytında verilən məlumata görə, avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitlər xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla çıxardılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR