Bakının “İnter” klubu Konqo yığmasının futbolçu ilə müqavilə imzalayıb

Bakının “İnter” klubu Konqo yığmasının futbolçu ilə müqavilə imzalayıb
# 25 iyun 2012 07:55 (UTC +04:00)
Bakı-APA. Transfer çalışmalarını davam etdirən “İnter” daha bir futbolçu ilə müqaviləni rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “bankirlər” Konqo millisinin üzvü Brüs Abdulaye ilə razılığa gəliblər.

31 yaşlı müdafiəçinin son klubu Fransanın “Mets” klubu olub. Karyerası ərzində Brüs, həmçinin “Qrenobl”, “Senart-Moissi” və “Klermon” (hamısı Fransa) və “Lozanna”nın (İsveçrə) formasını geyinib.

Qeyd edək ki, konqolu futbolçu 1 illik müqaviləyə imza atıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR