İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb - FOTO
29 mart 2012 06:50 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun İstanbulun Çəmbərlitaş səmtində yerləşən Mətbuat muzeyinin sərgi salonunda açılan fərdi rəsm sərgisində sənətkarın yağlı və sulu boya və həmçinin, pastellə işlədiyi tablolar nümayiş etdirilir. Bu, Əbülfəz Fərəcoğlunun indiyə qədər Türkiyədə açdığı 21-ci fərdi sərgisidir. 15-18 mart tarixlərində isə Əbülfəz Fərəcoğlu İstanbulun Haliç Konqres mərkəzində keçirilmiş Art Bosphorus beynəlxalq yarmarkasında tələbələri ilə birlikdə əsərlərini nümayiş etdirib. Mətbuat muzeyindəki sərgiyə Türkiyənin sənət dairələri və media yaxın maraq göstərib. Sərgi aprelin 8-nə qədər açıq qalacaq.
1956-cı ildə Naxçıvanda anadan olan Əbülfəz Fərəcoğlu yaradıcılıq işlərinə 1997-ci ildən bəri Türkiyədə davam etdirir. 2005-ci ilin sentyabrında sənətkar İstanbulun Yeşilyurt səmtində “Ekim” adlı sənət atelyesi yaradıb. İndi atelyedə 70 müdavim Əbülfəz Fərəcoğludan rəsm dərsi alır. Rəssam həftədə bir gün Mətbuat muzeyinin rəsm atelyesində də 20 tələbəyə dərs deyir. İstanbuldakı hərraclarda əsərləri tez-tez satışa çıxarılan Əbülfəz Fərəcoğlunun tabloları dünyanın 15 ölkəsinin muzey və özəl kolleksiyalarında yer tutur.

İncəsənət
"Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib - FOTO
23:25
18 may 2024
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub
17:42
18 may 2024
Mədəniyyət Nazirliyi və AMEA-nın rəhbərliyi "Azdrama"da "Əsrə bərabər gün" tamaşasına baxıb
12:26
18 may 2024
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17:49
17 may 2024