Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib

Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib
# 22 fevral 2012 12:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda təkliflər Nazirlər Kabinetindədir: “Burada müəyyən ekspertiza keçirildikdən sonra müvafiq qərar veriləcək. Müəllimlərə hazırda bu və ya digər dövlət idarələrində çalışan dövlət qulluqçularının statusuna yaxın bir status verilməlidir. Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllim nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur. Burada müəllimlərin sosial müdafiəsi və digər məsələlər də öz əksini tapmalıdır”.
Nazir bildirib ki, bu status yaş senzi ilə əlaqədar olaraq işdən çıxarılan müəllimlərə də şamil ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR