Elşad İsgəndərov: “Dövlət də, din də millətçi, vətənpərvər vətəndaşın yetişdirilməsində maraqlıdır”

Elşad İsgəndərov: “Dövlət də, din də millətçi, vətənpərvər vətəndaşın yetişdirilməsində maraqlıdır”
# 17 iyul 2012 09:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Biz dini məsələlərə müdaxilə edə bilmərik, amma axund və qazıların fəaliyyətindən böyük gözləntilər var”. APA-nın verdiyi məlumata görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov QMİ-də Qazılar Şurasının toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, cəmiyyətdə din, milli mədəniyyət sahəsində maarifləndirmə işləri aparılmalıdır: “Din xadimləri ixtilaf doğuran məsələlərdən yayınmalıdır. Niyyət pis olanda mübahisə açılır. Din sahəsində də milli birliyimiz, vəhdətimiz qorunmalıdır. Dövlət millətçi, vətənpərvər vətəndaşın yetişdirilməsində maraqlıdır. Din də o cümlədən. Biz həyatını istənilən an torpağımız uğrunda canını fəda verməyə hazır gənc hazırlamaq istəyiriksə, bu məsələləri nəzərə almaıyıq”.

Dövlət Komitəsinin sədri Ramazan ayında ilk növbədə şəhid və qazi ailələrinin ehtiyacları ilə maraqlanılmasını zəruri sayıb: “Biz bu ay əsas məqamı nəzərdən qaçırmamalıyıq. Söhbət nəfslə mübarizədən gedir. Biz peyğəmbərimizin həyatından bilirik ki, hətta din düşmən olan insanlara da yumşaq, tolerant yanaşılmalıdır. Bu yanaşma radikal gənclərə tövsiyyə edilməlidir. Mən daha yaxşı müsəlmanam, sənin namazın səhv, mənim namazım düzdür yanaşması da yanlışdır. Məsələlər peyğəmğərimizin qoyduğu yolla, üslubla çatdırılmalıdır. Dövlət də əxlaqlı, mənəvi, mərd, vətənpərvər vətəndaşın yetişdirilməsində maraqlıdır və din də bunu tələb edir. Ona görə də Qafqaz Müsəlmanları İdarəsi ilə aramızda əlaqələr olmalıdır. Bəzən yerlərdən Dövlət Komitəsinin nümayəndələri bizə bildirilir ki, bu cür ünsiyyət qurulmur. Əlaqə saxlanılmalıdır. Bu gün Azərbaycanda elə siyasi partiya, dövlət qurumu tapmaq olmaz ki, həftədə bir dəfə, cümə günü on minlərlə insana xitab etsin. Bu xitabda Azərbaycanın maraqları, milli dəyərləri əsas olmalıdır. Ona görə də mən şadam ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xüsusi xütbə hazırlanacaq. Bu, həm də insanlardan gələn bir tələbdir. Bir ölkənin vətəndaşı ölkənin bir məscidindən digər məscidinə gedəndə fərqli fikirlər eşitməməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR