Rəcəb Tayyib Ərdoğan Suriyanı hədələdi

Rəcəb Tayyib Ərdoğan Suriyanı hədələdi
# 26 iyun 2012 11:26 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxışında bildirib. Suriyada baş verənlər, Bəşər Əsəd rejiminin atdığı addımlar barədə danışan Rəcəb Tayyib Ərdoğan “bu gün Suriyada öz xalqını, uşaq, qoca, qadın demədən qətlə yetirən zorakı hakimiyyət iş başındadır”, deyə bildirib.

Baş nazir daha sonra deyib ki, Türkiyə dostlarının əlini sıxıb, qardaşlarını qucaqlayıb, Türkiyənin heç bir ölkənin, heç bir qonşunun torpağında gözü yoxdur və olmayacaq: “Eyni zamanda Türkiyə heç bir ölkənin daxili işlərinə qarışmayıb və qarışmayacaq. Bu gün Şam, Hələb, Xüms deyərkən qanı axıdılan qardaşlarımızı düşünürük. Hər kəs bunu bilsin ki, Türkiyənin dostluğu nə qədər dəyərli isə qəzəbi bir o qədər şiddətlidir. Türkiyənin qəzəbindən hər kəs qorxsun. Bizim soyuqqanlı davranmağımız bəzilərini aldatmasın. Biz tarixi yaradarıq, onu kimin yazacağına, kimin oxuyacağına, kimin ondan dərs alacağına qarışmarıq”.

Rəcəb Tayyib Ərdoğan onu da deyib ki, Türkiyə bölgədə sərhədlərin yenidən çəkilməsinə əsla göz yummayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR