Azərbaycanda udin məktəblilər üçün yeni dərsliyin çapına başlanılıb

Azərbaycanda udin məktəblilər üçün yeni dərsliyin çapına başlanılıb
# 27 fevral 2012 11:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda yaşayan udinlər üçün yeni dərsliyin çapına başlanılıb. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının APA-ya verdiyi məlumata görə, 3-cü sinif şagirdləri üçün nəzərdə tutulan “Udin dili” dərsliyinin çapına başlanılıb: “Azərbaycanda 1 və 2-ci siniflər üçün “Udi dili” dərslikləri isə əvvəlki illərdə çap etdirilib”.

F.Şahbazlı Azərbaycanda milli azlıqların dərsliklə bağlı problemlərinin olmadığını da bildirib. O, deyib ki, Təhsil Nazirliyi Azərbaycanda yaşayan milli azlıqları hər il dərs vəsaitləri ilə təmin edir. Ölkədə talış, ləzgi, saxur, avar və udinlər üçün dərsliklər çap etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR