Azərbaycanlı zabitlər Hohenfels Müştərək Çoxmillətli Hazırlıq Mərkəzində təlim kurslarında iştirak edəcək

Azərbaycanlı zabitlər Hohenfels Müştərək Çoxmillətli Hazırlıq Mərkəzində təlim kurslarında iştirak edəcək
# 21 iyul 2012 08:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri ABŞ-ın Ordusunun Avropadakı Qüvvələri Komandanlığının bu il fəaliyyətə başlamış Hohenfels Müştərək Çoxmillətli Hazırlıq Mərkəzində (Joint Multinational Readiness Ceneter) təlim kurslarında iştirak edəcək. Bu barədə APA Komandanlığını saytına istinadən məlumat verib.

ABŞ-ın Avropadakı Qüvvələrinin komandanı, general-polkovnik Mark Hertlingin bu günlərdə Azərbaycana səfəri zamanı bu məsələ müzakirə olunub. Görüşdə həmçinin Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan Ordusunun inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Amerikalı general səfər çərçivəsində Azərbaycanın NATO-nun Ortaq Qüvvələri üçün bəyan etdiyi OCC (Operasyonel Cababilitites Concept) taborunda və sülhməramlı taboruna baş çəkib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR