ADU-da keçirilən İtalyan dili həftəsi başa çatıb - FOTO

ADU-da keçirilən İtalyan dili həftəsi başa çatıb - <font color=red>FOTO</font>
# 22 oktyabr 2012 08:08 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetində (ADU) universitetin İtalyan dili kafedrasının və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən XII dünya italyan dili həftəsinə yekun vurulub. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bağlanış mərasimində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi, Milan Dil Məktəbinin professoru Silvia Vassalo, İtalyan dili kafedrasının müdiri Kəmalə Əliyeva və Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələr iştirak edib.

Səfir Mario Baldi çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında qurulan əməkdaşlığını inkişafında vacib əhəmiyyət kəsb etdiyini bildirib. Təhsil sahəsində əlaqələrdən danışan M. Baldi vurğulayıb ki, İtaliyanın Peruca, Syena universitetləri və Milan Dil Məktəbi ilə ADU arasında əməkdaşlıq telləri mövcuddur. O, qeyd edib ki, bu əməkdaşlıq sayəsində İtaliya universitetləri və ADU arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Bu münasibətlərin gələcəkdə də artan temp üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, ADU-da XII dünya italyan dili həftəsi oktyabrın 16-da başlanıb. Həftə çərçivəsində italyan professor Silvia Vassalo ADU-nun Tərcümə fakültəsinin italyan dili ixtisasında təhsil alan tələbələrə seminar keçib.

Bununla yanaşı, İsveçrənin və İtaliyanın Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə 2 sənədli film nümayiş olunub. ADU-nun italyan dili ixtisasında təhsil alan tələbələrlə İtaliya səfirliyinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib. İtalyan rejissor Emmanuel Krialezenin “Terraferma” filmi izlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR