Məhkəmə “Azadlıq” qəzetinin Tağı Əhmədova qarşı apellyasiya şikayətini təmin etməyib

Məhkəmə “Azadlıq” qəzetinin Tağı Əhmədova qarşı apellyasiya şikayətini təmin etməyib
# 13 sentyabr 2012 10:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin Bakı Metropoliteninin rəisi Tağı Əhmədova qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Media Hüquqları İnstitutundan APA-ya verilən məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini 2012-ci ilin iyununda “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqaləyə görə məhkəməyə verib. Yasamal rayon Məhkəməsinə təqdim olunan iddiada qəzetin 200 000 manat cərimələnməsini xahiş olunub. Yasamal rayon Məhkəməsi isə iddianı qismən təmin edərək, qəzetin 30 000 manat təzminat ödəməsi barədə qərar qəbul edib. Qəzetin vəkilləri Həmin qərardan apellyasiya şikayəti veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR