Azərbaycan Dövlət Neft Fondu İT avadanlıqların və proqram təminatı lisenziyalarının alınmasına dair tender keçirir

Azərbaycan Dövlət Neft Fondu İT avadanlıqların və proqram təminatı lisenziyalarının alınmasına dair tender keçirir
# 28 iyul 2012 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) informasiya texnologiyaları avadanlıqlarının və proqram təminatı lisenziyalarının satınalınması məqsədilə açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər sənədlərini sentyabrın 5-dək, təkliflərini isə sentyabrın 13-dək təqdim etməlidir. İddiaçılar İT sahəsində 5 illik təcrübəyə malik olmalı və müvafiq sahədə 3-5 layihə icra etmiş olmalıdır.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru sentyabrın 14-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 498-77-33.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR