İndoneziyada yoxa çıxmış Rusiya təyyarəsi tapılıb

İndoneziyada yoxa çıxmış Rusiya təyyarəsi tapılıb
# 10 may 2012 04:53 (UTC +04:00)
Bakı-APA. İndoneziyada radarların ekranından yoxa çıxmış Rusiyanın Superjet-100 təyyarəsi tapılıb. Bu barədə Rusiyanın Birləşmiş Aviaistehsal Korporasiyasından məlumat verilib.

İndoneziyada nümunəvi uçuş həyata keçirən Superjet-100 dünən radarların ekranından yoxa çıxmışdı.

Təyyarənin hansı vəziyyətdə tapılması barədə məlumat verilmir.

Yoxa çıxmış təyyarədə 50 nəfər var: 8 Rusiya vətəndaşı, 2 italyan, fransız, amerikalı və 38 indoneziyalı.

Təyyarənin axtarışına ordu cəlb olunmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR