Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
# 18 may 2012 08:46 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 19-da hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Mayın 19-20-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR