Oğuzda biçilməmiş taxıl sahəsi yanıb

Oğuzda biçilməmiş taxıl sahəsi yanıb
# 09 iyun 2012 11:35 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov-APA. Azərbaycanın Oğuz rayonunda biçilməmiş taxıl sahəsi yanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Yanğın Oğuz rayonu, Padar kəndində vətəndaşlara məxsus biçilməmiş taxıl sahəsində baş verib. Hadisə yerinə FHN-nin Oğuz YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Baş verimiş yanğın nəticəsində Padar kənd sakinlərinə məxsuz 5,1 ha sahədə biçilməmiş taxıl yanıb. Oğuz rayon YMH-nin əməkdaşlarının səyi nəticəsində yanğının daha da genişlənərək yaxınlıqdakı digər biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Fakla bağlı Oğuz rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR