Avropa Birliyinin prezidenti: “İrəvan və Ankara heç bir şərt irəli sürmədən münasibətləri normallaşdırmalıdır”

Avropa Birliyinin prezidenti: “İrəvan və Ankara heç bir şərt irəli sürmədən münasibətləri normallaşdırmalıdır”
# 04 iyul 2012 11:47 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyinin prezidenti Herman van Rompey hesab edir ki, İrəvan və Ankara heç bir şərt irəli sürmədən münasibətləri normallaşdırmalıdır. APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, o bu fikirləri Ermənistan parlamentində çıxışı zamanı söyləyib.

O qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərinin tarixi ilə yaxşı tanışdır: “Avropa Birliyi tərəflərin qeyd-şərt irəli sürmədən münasibətləri normallaşdırmalı olduğu mövqeyində qalmaqda davam edir. Ermənistanın ümumi qonşumuz və Avropa Birliyi üzvlüyünə namizəd Türkiyə ilə münasibətlərini normallaşdırması Cənubi Qafqazda və onun hüdudlarından kənarda stabilliyi təmin edə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR