İranlı general: “İrana qarşı hərbi variantların tətbiqi gündəmdədir”

İranlı general: “İrana qarşı hərbi variantların tətbiqi gündəmdədir”
# 31 oktyabr 2012 07:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrana qarşı hərbi variantların tətbiqi gündəmdədir”. APA-nın məlumatına görə, bu fikirləri İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm bildirib. Onun sözlərinə görə, bununla bağlı irəli sürülən iddialar tamamilə gerçəkdir və bu cür planlar həqiqətən mövcuddur: “Əgər düşmənlərimiz hərbi variantın uğurlu olacağına əmin olsalar, onu icra etməkdə tərəddüd belə etməyəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR