Çayda batan üç nəfərdən birinin cəsədi tapılıb

Çayda batan üç nəfərdən birinin cəsədi tapılıb
# 07 iyun 2012 09:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda çayda batan üç nəfərdən birinin cəsədi tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən keçən hissəsində 1993-cü il təvəllüdlü Ramil Dilavər oğlu Cəbrayılovun, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndindən keçən hissəsində 1952-ci il təvəllüdlü Eldar Nəcəfovun, Samux rayonu, Yenikənd kəndində 1991-ci il təvəllüdlü Şahmar Nəriman oğlu Yusifovun isə kanalda çimərkən batmaları barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Ş. Yusifovun cəsədi yerli sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb. R. Cəbrayılov və E. Nəcəfovun axtarışları nəticə verməyib. İtkin düşmüş şəxslərin tapılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR