“Tarixi şəhərlərimizdə kərpic memarlığı” mövzusunda konfrans keçiriləcək

“Tarixi şəhərlərimizdə kərpic memarlığı” mövzusunda konfrans keçiriləcək
# 10 aprel 2012 09:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Aprelin 17-18-də Ağsu şəhərində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixi şəhərlərimizdə kərpic memarlığı” konfransı və arxeoturu keçiriləcək. Beynəlxalq tədbir Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, konfrans tarixən Azərbaycanda yaşayan toplumların kərpic memarlığı sahəsindəki fəaliyyətlərini, dünyanın digər bölgələrindəki kərpic memarlığı nümunələri ilə Azərbaycan örnəklərinin müqayisəli təhlilini, hazırda kərpic memarlığının inkişafı istiqamətində görülən fəaliyyətləri araşdırmağa çalışacaq. Konfransda Türkiyənin kərpic memarlığı üzrə mütəxəssislərindən biri, “Arxeologiya və sənət jurnalının” redaktoru, arxeoloq Nezih Başgələn iştirak edəcək və jurnalın növbəti buraxılışı Azərbaycanın arxeoloji irsinə həsr olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR