Məhkəmə Bakı şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətini təmin etməyib

Məhkəmə Bakı şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətini təmin etməyib
# 06 sentyabr 2012 13:44 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Ehtiyatda və İstefada Olan Zabitlər Zabitlər İctimai Birliyinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafazadənin APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, ictimai birlik Bakıda piket keçirilməsi üçün şəhər icra hakimiyyətinə müraciət edib. Lakin icra hakimiyyəti piketin keçirilməsinə icazə verməyib. Həmin qərardan 1 saylı Yerli Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət olunsa da iddia təmin olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR