Qobustanda baş verən ağır avtoqəzada ölənlərin adları məlum olub

Qobustanda baş verən ağır avtoqəzada ölənlərin adları məlum olub
# 16 may 2012 17:46 (UTC +04:00)
APA-nın məlumatına görə bu gün saat 15:30 radələrində yolun 73.8-ci kilometrliyində, Qobustan rayonu ərazisində Qəbələ rayonunun Tikanlı kənd sakini 1978-ci il təvəllüdlü Rəhimov Əfqan Qəhrəman oğlunun idarə etdiyi 90-KZ-938 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn Sumqayıt sakini 1967-ci il təvəllüdlü Talıbov Oqtay Çərkəz oğluna məxsus 10-FN-274 dövlət nömrə nişanlı “ZİL” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “Mersedes”in sürücüsü Əfqan Rəhimov, onun həyat yoldaşı 1978-ci il təvəllüdlü Rəhimova Kəmalə və iki azyaşlı övladı - 2005-ci il təvəllüdlü Rəhimov Röyal və 2002-ci il təvəllüdlü Rəhimov Qəhrəman dünyasını dəyişib. Qaradağdan Şamaxıdakı propan qazı doldurma məntəqəsinə qaz daşıyan avtomobilin sürücüsü Oqtay Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Propan qazı ilə dolu olan maşın zərbə nəticəsində xoşbəxtlikdən partlamayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb. araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR