İranla Ermənistan arasında ortaq su anbarının təməlqoyma mərasimi keçiriləcək

İranla Ermənistan arasında ortaq su anbarının təməlqoyma mərasimi keçiriləcək
# 07 noyabr 2012 12:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Sabah İranla Ermənistan arasında Araz çayı üzərində ortaq su anbarının (SES) təməlqoyma mərasimi keçiriləcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Təbi Su Mənbələri və Enerjinin İnkişafı Şirkətinin icraçı direktoru Məhəmmədrza Rzazadə bildirib.

Onun sözlərinə görə, tədbir İran və Ermənistan rəsmilərinin iştirakı ilə keçiriləcək: “Araz çayı üzərində tikiləcək 260 megavatt gücündəki su elektrik stansiyası ildə 1700 qiqavatt elektrik enerjisi istehsal edəcək. İnşası 560 mln. dollara başa gələcək su anbarı beş ilə təhvil veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR