İranda azərbaycanlı qadın hüquq müdafiəçisi azadlığa buraxılıb

İranda azərbaycanlı qadın hüquq müdafiəçisi azadlığa buraxılıb
# 08 fevral 2012 19:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Fevralın 8-də İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan qadın haqları müdafiəçisi Həmidə Fərəczadə (Pinar) 6 aylıq həbs cəzasının qalan hissəsini də çəkərək azadlığa çıxıb. APA-nın məlumatına görə, azərbaycanlı fəal yanvarın 12-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunaraq Təbriz mərkəzi həbsxanasına salınmışdı.
Qeyd edək ki, Həmidə Fərəczadə Tehran Tibb Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Hökumət tərəfindən nəşrinə qadağa qoyulmuş “Çağrı” dərgisində və Urmiya şəhərinin “Mütəhhəri” xəstəxanasında işləyib. O, 2010-cu il mayın 25-də də ETTELAAT əməkdaşları tərəfindən atasının mənzilində həbs olunub. 154 gün həbsdə saxlanıldıqdan sonra 220 min ABŞ dolları zəmanətlə azadlığa buraxılıb. Sonradan İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparmaqda, ölkədə sabitliyə qarşı təhlükə törətməkdə və GAMOH-a üzv olmaq və fəaliyyət göstərməkdə günahlandırılaraq Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR