Bakıda tank mərmisi tapılıb

Bakıda tank mərmisi tapılıb
# 05 iyun 2012 09:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində tank mərmisi tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda partlamamış döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşların təhlükəli ərazidən uzaqlaşdırılmasını təmin ediblər. Daha sonra nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçiriblər. Baxış zamanı tapılan sursatın döyüş başlığı olmayan 1 ədəd 100 millimetrlik tank mərmisi olduğu müəyyənləşib. Mərmi zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR