Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının növbəti iclası bu ilin oktyabrında Aşqabadda keçiriləcək

Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının növbəti iclası bu ilin oktyabrında Aşqabadda keçiriləcək
# 29 avqust 2012 14:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya Azərbaycan və Türkmənistan arasında tərəfdaşlığın dərinləşdirilməsinin mühüm mexanizmlərindən biridir: “İki ölkə arasında ticari-iqtisadi münasibətlərin böyük perspektivi vardır. Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır ki, bu da sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər”.

Qeyd edək ki, Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının ikinci iclası 2010-cu ilin noyabrında Bakıda keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR