İran mübahisəli nüvə proqramının həlli üçün Qərbə 9 mərhələli plan təklif edib

İran mübahisəli nüvə proqramının həlli üçün Qərbə 9 mərhələli plan təklif edib
# 06 oktyabr 2012 11:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran mübahisəli nüvə proqramının həlli üçün Qərbə 9 mərhələli plan təklif edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan “The New York Times” qəzeti yazıb. Xəbərdə bildirilir ki, planda İrana qarşı bütün sanksiyaların aradan qaldırılması və buna cavab olaraq isə uranın zənginləşdirilməsinin tədricən dayandırılması nəzərdə tutulur. Qəzet yazır ki, İran bəzi sanksiyaların aradan qaldırılması ilə bir və ya iki nüvə obyektində uranın zənginləşdirilməsini dayandıracaq. Məlumatda qeyd olunur ki, planın doqquzuncu mərhələsində isə Qərb İrana qarşı bütün sanksiyaları aradan qaldıracaq, Tehran da orta sıxlıqda uranın zənginləşdirilməsini dayandıracaq və Qum şəhəri yaxınlığındakı “Fordo” nüvə obyektini bağlamış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR