Bakıda 76 yaşlı qadın intihar edib

Bakıda 76 yaşlı qadın intihar edib
# 10 sentyabr 2012 07:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Sabunçu Rayon Prokurorluğundan bildirilib.

Hadisə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1936-cı il təvəllüdlü Nübar Sadiq qızı Əliyeva yaşadığı mənzildə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR