Prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanı sentyabrın 13-də keçiriləcək

Prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanı sentyabrın 13-də keçiriləcək
# 03 sentyabr 2012 15:42 (UTC +04:00)
Bakı-APA. Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar namizədlərin sənədlərinin qəbulu avqustun 31-də başa çatıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 461 namizəd üçün test imtahanı 13 sentyabr saat 10.00-da başlayaraq 3 saat ərzində Azərbaycan Texniki Universitetinin «İdman Sarayı»nda keçiriləcək (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5).

İmtahanın keçirilməsi qaydaları «Yaddaş kitabçası»nda əks etdiriləcək.
İmtahana buraxılmış namizədlər 10-11 sentyabr 2012-ci il tarixlərdə saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, «Yaddaş kitabçası»nı və «Test imtahanına buraxılış vərəqəsi»ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri N.Rəfibəyli küçəsi,7) ala bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR