WTI markalı neft yenidən ucuzlaşıb

WTI  markalı neft yenidən ucuzlaşıb
# 13 sentyabr 2012 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,16 dollar və ya 0,2% azalaraq 1 barelə görə 97,01 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, sentyabrın 12-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,56 dollar və ya 0,5% artaraq 115,96 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR