Səttar Mehbalıyev: “Azərbaycanda həmkarlar təşkilatı olan şirkətlərdə ölüm halları azdır”

Səttar Mehbalıyev: “Azərbaycanda həmkarlar təşkilatı olan şirkətlərdə ölüm halları azdır”
# 02 oktyabr 2012 08:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda istehsalatda bədbəxt hadisə və ölüm hallarının böyük hissəsi tikinti sektorunda olsa da, həmkarlar təşkilatı olan şirkətlərdə ölüm halları azdır.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AHİK sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, ölkədə həmkarlar hərəkatı güclənir və işçilər belə təşkilatlara üzv olmaqda maraqlıdırlar. Amma bəzi şirkətlərin rəhbərliyi buna mane olmağa çalışırlar: "İşçiləri qorxudurlar, deyirlər ki, həmkarlara daxil olsanız, işdən azad olunacaqsınız və s. Halbuki bu qanuna ziddir. Qanuna görə, 7-9 nəfər yığılıb həmkarlar təşkilatı yarada bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR