Kür və Araz çaylarında çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirilib

Kür və Araz çaylarında çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq keçirilib
# 13 fevral 2012 09:51 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevral ayının I ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının III ongünlüyünə nisbətən 6 kubmetr/saniyə artaraq 142 kubmetr/saniyə təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri YVQH-dən 3 dəfə artıq olub. Fevral ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3 dəfə, I Şahsevən məntəqəsində mis birləşmələri 4, fenollar 2 dəfə, Bəhramtəpə məntəqəsində isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR