Azərbaycanda bank depozitlərinin həcmi 10 mlrd. manatı ötüb

Azərbaycanda bank depozitlərinin həcmi 10 mlrd. manatı ötüb
# 07 noyabr 2012 12:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2012-ci ilin oktyabrın 1-nə 10 080,6 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 340,0 mln. manat və ya 15,3% artıb. O cümlədən, sentyabr ayında depozitlərin həcmi 202,3 mln. manat və ya 2,1% artıb.

Depozitlərin tərkibində 4 556,3 mln. manat və ya 45,2% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 933,9 mln. manat və ya 25,8%, o cümlədən sentyabrda 93,7 mln. manat və ya 2,1% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi oktyabrın 1-nə 5 524,3 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 406,1 mln. manat və ya 7,9% artıb. O cümlədən, sentyabr ayında 108,5 mlın. manat və ya 2,0%-lik artım baş verib.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 2 710,0 mln. manat və ya 49,1% maliyyə təşkilatların depozitləri, 2 814,3 mln. manat və ya 50,9% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşüb.

Beləliklə, sentyabr ayında depozitlərin artımı, demək olar ki, bərabər şəkildə həm əmanətlərin, həm də hüquqi şəxslərin depozitləri hesabına baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR