Avropa Parlamentinin üzvü Hörst Şnellhardt: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin haqq ədalət işinə tərəfdarıq”

Avropa Parlamentinin üzvü Hörst Şnellhardt: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin haqq ədalət işinə tərəfdarıq”
# 08 iyun 2012 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Avropa Parlamentinin üzvü Hörst Şnellhardt Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla görüşündə bildirib.

H. Şnellhardtın sözlərinə görə, iki il öncə Almaniya bundestaqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul edib, bütövlükdə bu məsələyə öz müsbət mövqeyini bildirib: “Mən bu mövqedən kənara çıxmamaq şərti ilə yenə təsdiqləmək istəyirəm ki, həmin qətnamədə Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin haqq ədalət işinə tərəfdarıq. Bu, rəsmi siyasi mövqedir, biz bunu tam təsdiqləyirik”.

Avropalı deputat öz ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarını, həmçinin əldə etdiyi bütün informasiyaları öz həmkarları ilə yenidən bölüşəcəyini bildirib: “Təbii ki, həmin müstəvidə məsələsini yenidən qaldıracağıq. Bu həm Azərbaycan üçün, həm də bizim üçün də vacib məsələdir. Bu problem bizə təsir edən məqamlardan biridir”, - deyə H.Şnellhardt qeyd edib.

Avropalı deputata Azərbaycanın işğal altında olan torpaqlarının beynəlxalq hüquq çərçivəsində həll edilərək geri qaytarılmasının tərəfdarı olduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR