Azərbaycanda son seysmik proseslər seysmik rayonlaşdırma xəritəsinin yenidən hazırlanmasını gündəmə gətirib

Azərbaycanda son seysmik proseslər seysmik rayonlaşdırma xəritəsinin yenidən hazırlanmasını gündəmə gətirib
# 10 oktyabr 2012 13:06 (UTC +04:00)
Ümumiyyətlə, ölkədə seysmik rayonlaşdırma xəritəsinin, seysmotektonik xəritənin, seysmik risk xəritəsinin hazırlanması vacibdir. Amma bunun üçün müəyyən çətinliklər var”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkədə baş verən son seysmik proseslərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xəritələrin hazırlanması üçün yenidən dərinlik qırılmalarını tədqiq eləmək lazımdır: “Bu məsələ qarşımıza qoyulub. Bu xəritələr bir neçə qurumun iştirakı ilə hazırlanmalıdır”.

Q. Yetirmişli Bakının seysmik baxımdan daha mürəkkəb quruluşa malik olduğunu da qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR