Anar Məmmədov: “Amerika-Azərbaycan Alyansının xətti ilə ABŞ-da 150 milyona yaxın insan Xocalı soyqırımı barədə məlumatlandırılıb”

Anar Məmmədov: “Amerika-Azərbaycan Alyansının  xətti ilə ABŞ-da 150 milyona yaxın insan Xocalı soyqırımı barədə məlumatlandırılıb”
# 12 mart 2012 16:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Amerika-Azərbaycan Alyansının təsisçisi Anar Məmmədov bildirib.
Son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı aparılan təbliğat işlərinin gücləndiyini deyən A. Məmmədov buna misal olaraq Xocalı soyqırımının ildönümündə dünyanın bir çox ölkələrində keçirilən izdihamlı aksiyaları göstərib: “Amerika Azərbaycan Alyansı da Xocalı soyqırımının ildönümü ilə bağlı geniş tədbirlər həyata keçirdi. ABŞ-ın nüfuzlu “New York Times” və “Washington Post” qəzetlərinin bir səhifəsində Xocalı soyqırımına həsr olunmuş məqalələr dərc edildi. Vaşinqton şəhərində 400-ə yaxın metro və avtobusda Xocalı soyqırımına aid posterlər yerləşdirildi. ABŞ-ın bir sıra hava limanlarında əhaliyə Xocalı soyqırımından bəhs edən broşürlər paylandı, eləcə də ABŞ-ın bir sıra informasiya saytlarında Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirildi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR