Azərbaycan turizm sahəsində 57 ölkə ilə saziş və saziş layihəsi imzalayıb

Azərbaycan turizm sahəsində 57 ölkə ilə saziş və saziş layihəsi imzalayıb
# 30 aprel 2012 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan turizm sahəsində dünya ölkələri ilə 60-a yaxın saziş və saziş layihəsi imzalayıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, turizm sahəsində Azərbaycan 57 ölkə ilə 31 saziş və 28 saziş layihəsi imzalayıb.

Bu ölkələrin 27-si Avropa, 23-ü Asiya, 4-ü Afrika, 2-si Cənubi Amerika, 1-i isə Şimali Amerika ölkələri olub. Belə ki, Avropa regionunda Azərbaycan Andorra, Avstriya, Belarus, Bolqarıstan, Böyük Britaniya, İspaniya, İsveçrə, İtaliya, Yunanıstan, Latviya, Litva, Makedoniya, Malta, Macarıstan, Moldova, Monteneqro, Polşa, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Türkiyə, Ukrayna, Fransa, Xorvatiya, Gürcüstan və Çexiya ilə, Asiya regionunda Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bruney, Qazaxıstan, Qətər, Qırğızıstan, İndoneziya, İordaniya, İraq, İran, İsrail, Yaponiya, Koreya, Küveyt, Malayziya, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Filippin, Oman, Özbəkistan və Çin, Afrika regionundan Mavritaniya, Mərakeş, Misir və Tunis, Cənubi Amerikadan Argentina və Kuba, Şimali Amerikadan isə Meksika ilə saziş və saziş layihələri imzalayıb.

Siyahıda elə ölkələr mövcuddur ki, Azərbaycanla onun arasında turizm sahəsində iki sənəd imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR