Elmar Məmmədyarov Niderland Krallığının xüsusi elçisi, senator Rene van der Lindenlə görüşüb

Elmar Məmmədyarov Niderland Krallığının xüsusi elçisi, senator Rene van der Lindenlə görüşüb
# 13 iyun 2012 11:59 (UTC +04:00)
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, senator Rene van der Linden Azərbaycanın regionda aparıcı dövlət olduğunu, ölkədə bütün sahələrdə gedən islahatlar və inkişafı böyük maraqla izlədiyini nəzərə çatdıraraq, cari ilin 6-7 iyun tarixlərində Bakıda keçirilmiş “Xəzər Beynəlxalq neft və qaz Konfransı”na qatıldığını və uğurlu keçən səfər çərçivəsində prezident İlham Əliyev və yüksək vəzifəli dövlət nümayəndələri ilə görüşlər keçirdiyini bildirib. Səfərdən gözəl təəssüratlarla və yeni əməkdaşlıq ideyaları ilə qayıtdığını qeyd edən cənab van der Linden, nazir Elmar Məmmədyarovun Niderland Krallığına etdiyi səfərdən və keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra iki dövlət arasında münasibətlərin daha da genişlənəcəyinə əminliyini bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanda gedən islahatlardan, ikitərəfli siyasi və iqtisadi əlaqələrdən, gələcək perspektiv layihələrdən söhbət açaraq, cənab Rene van der Lindeni iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə tövhə verməyə çağırıb.

Görüş zamanı enerji, qlobal təhlükəsizlik, dünyada gedən siyasi və iqtisadi hadisələrə dair fikir mübadiləsi aparılmış və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR