«Air Astana» Astana-Bakı aviareysini açıb

«Air Astana» Astana-Bakı aviareysini açıb
# 21 may 2012 11:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Qazaxıstanın «Air Astana» aviaşirkəti Astana-Bakı-Astana marşrutu ilə birbaşa uçuşlara başlayıb.

Şirkətin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, reyslər «Embraer 190» təyyarəsi ilə hər həftənin I və IV günləri saat 00:50-də həyata keçirilir: «Bakıdan Astanaya ekonom-sinfinə bir istiqamətdə aviabiletin qiyməti 200 manatdan, biznes-sinfi üçün isə 450 manatdan başlayır. Biletin qiymətinə aeroport yığımları və digər vergilər də daxildir. Hər iki istiqamətdə isə biletlərin qiyməti müvafiq olaraq 376 manatdan və 886 manatdan başlayır. Bakıdan Astanaya uçuş vaxtı 2 saat 55 dəqiqə təşkil edir», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, hazırda «Air Astana» şirkəti Almatı-Bakı-Almatı marşrutu üzrə də həftədə üç dəfə (III, V və VII günlər) uçuşlar yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR