BFB-da keçirilən hərracda Azərbaycan Mərkəzi Bankının daha 20 mln. manatlıq not emissiyası yerləşdirilib

BFB-da keçirilən hərracda Azərbaycan Mərkəzi Bankının daha 20 mln. manatlıq not emissiyası yerləşdirilib
# 05 iyul 2012 09:29 (UTC +04:00)
Bakı – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102734S seriyası ilə dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 20 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi məbləği 35 435,4 min manat təşkil edib. Sifarişlər 99,8989% (gəlirlik 1,30%) – 99,8850% (gəlirlik 1,48%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti Mərkəzi Bank tərəfindən 99,8896% (gəlirlik 1,42%), orta ölçülmüş qiyməti 99,8918% (gəlirlik 1,39%) səviyyəsində müəyyən edilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 20 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci il avqustun 1-də icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR