Tiflisdə “Gürcüstanda Azərbaycan məktəbləri” adlı kitab nəşr olunub - FOTO

Tiflisdə “Gürcüstanda Azərbaycan məktəbləri” adlı kitab nəşr olunub - <font color=red>FOTO</font>
# 02 avqust 2012 16:00 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdəki “Tbiliselebi MMC” mətbəəsində “Gürcüstanda Azərbaycan məktəbləri “ adlı kitab işıq üzü görüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabın müəllifləri pedaqoji elmlər doktorları Əmrulla Paşayev, Novruz Bayramov və Gülnarə Qocayeva-Məmmədovadır. Kitab üç hissədən ibarətdir: I hissə XIX əsr - XX əsrin əvvəllərində Gürcüstanda Azərbaycan məktəblərinin tarixindən, II hissə (üç bölümdən ibarətdir) Gürcüstanda Demokratik Respublika dövründə azərbaycanlıların təhsilinin təşkili, təhsilin məzmunundan, Azərbaycan məktəblərinin müəllim kadrlarından, III hissə Gürcüstanda Azərbaycan məktəblərinin tarixi (1921-1940-cı illər) hissələrindən bəhs edir.
Kitabda XIX əsr - XX əsrin I yarısında Gürcüstanda müxtəlif tipli Azərbaycan təhsil müəssisələrinin yaranması və inkişafı məsələləri işıqlandırılıb. Dərs vəsaitində həmin dövrlərdə Gürcüstandakı Azərbaycan məktəblərinin tarixi, onun inkişaf dinamikası və həmin məktəblərin azərbaycanlıların təhsilinə verdiyi töhfələrdən bəhs olunur.

Dərs vəsaiti ümumi pedaqogika mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan pedaqoji fikir tarixindən və pedaqoji təfəkküründən yararlanmaq istəyən pedaqoji profilli universitetlərin tələbələri və pedaqoqları üçün nəzərdə tutulub.

Kitab 2000 tirajla çap olunub, 430 səhifədən ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR