Gənc Tamaşaçılar Teatrında 84-cü mövsümün son tamaşasını nümayiş etdirib – FOTO

Gənc Tamaşaçılar Teatrında 84-cü mövsümün son tamaşasını nümayiş etdirib – <font color=red>FOTO </font>
# 16 iyul 2012 12:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşası olan “Rəvayəti - Şahzadeyi - Xəzər” tamaşasına ictimai baxış keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, pyesin müəllifləri gənc dramaturq Kamran Ağabalayev və istedadlı rejissor – aktyor Nicat Kazımovdur. İki hissəli mistik dramın quruluşçu rejissoru və rəqslərin quruluşçusu da müəlliflərdən biri - Nicat Kazımovdur. Quruluşçu rəssamı Elşən Sərxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, döyüş səhnələri və tryukların quruluşu İsa Əsədova məxsusdur. Səhnə əsərində rolları xalq artistləri Ağaxan Salmanlı, əməkdar artist Kubra Dadaşova ifa edəcəklər. Bu tamaşa ilə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 84-cü mövsümünü yekunlaşdırıb. O da bildirilib ki, teatr yeni – 85-ci mövsümünü sentyabrın 22-də M. F. Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası ilə açacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR