Azərbaycanda toyda kütləvi zəhərlənmə baş verib, bəy də daxil olmaqla 25 nəfər zəhərlənib - YENİLƏNİB

Azərbaycanda toyda kütləvi zəhərlənmə baş verib, bəy də daxil olmaqla 25 nəfər zəhərlənib - <font color=red>YENİLƏNİB</font>
# 11 iyul 2012 08:08 (UTC +04:00)
APA-nın şimal bürosunun verdiyi məlumata görə, zəhərlənmə faktı ilə bağlı Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) 25 nəfər müraciət edib. Zəhərlənən 3 nəfərin vəziyyəti ağırdır. Onlardan 2-si azyaşlı, biri isə yaşlı Bərqov kənd sakinidir.

Quba MRX-nın yoluxucu xəstəliklər şöbəsinin müdiri Nizami Gülaliyev bildirib ki, 5 nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər 17 nəfər də tibbi müdaxilədən sonra səhhətləri normallaşdığı üçün evə göndərilib.

Zəhərlənmənin səbəblərinin araşdırılması üçün Quba rayon Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Bərqov kəndinə yollanıblar.

Qeyd edək ki, zəhərlənənlər arasında toyu olan bəy də var.

Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR