Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları cəzalandırılıb – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları cəzalandırılıb – <font color=red>FOTO </font>
# 20 aprel 2012 11:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirə ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov müşavirədə çıxış edərək bildirilib ki, cari ilin birinci rübündə Bakıətrafı qəsəbələrdə Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, həmçinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar evi) əsaslı təmir işləri ilə yanaşı, pansionat üçün yeni 170 nəfərlik 5 mərtəbəli korpusun inşasına başlanılıb. Hazırda Buzovnadakı 9 saylı İnternat Evində əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir. Nazirin sözlərinə görə, yaxın günlərdə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmirinə başlanılacaq. O deyib ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmişlər üçün Sosial Adaptasiya Mərkəzinin, Çernobıl Əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inşası, nazirliyin tabeliyindəki bərpa-müalicə və sosial xidmət müəssisələrinin əsaslı təmiri üçün texniki sənədlər hazırlanır.

Əlil və şəhid ailələrinin mənzillə təminatı işlərinin davam etdiyini deyən F. Ələkbərov bildirib ki, həmin kateqoriyadan olanlar üçün Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Nərimanov rayonunda isə Gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binaları inşa olunur. Yaxın günlərdə ayrı-ayrı rayonlarda 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli, 1 ədəd 12 mərtəbəli 96 mənzilli yaşayış evinin tikintisinə başlanılacaq.

Tədbirdə cari ilin birinci rübündə ölkəmizdə əldə olunan inkişaf göstəriciləri də qeyd olunub. Bildirilib ki, bu gün artıq 43 milyard dollardan çox strateji valyuta ehtiyatlarına malik olan Azərbaycanda sosial proqramlar da uğurla icra edilməkdədir. 2012-ci ilin birinci rübünün yekununa əsasən, 566 472 nəfər ailə üzvünü əhatə edən 127 234 ailə yardım alır ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir.

Müşavirədə Mingəçevir şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin direktorunun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmaqla mərkəzin fəaliyyətinin araşdırılması, 4 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinin işdən azad olunması, 13 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinə töhmət verilməsi barədə əmr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR