Moskvada “Novruz-2012” adlı ümumşəhər bayram tədbiri keçirilib

Moskvada “Novruz-2012” adlı ümumşəhər bayram tədbiri keçirilib
# 18 mart 2012 12:01 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, şəhər meriyasının qərarı ilə keçirilən tədbir mədəniyyətlərarası inteqrasiyaya yardım, etnik qruplar arasında münasibətlərin inkişafı və Moskva sakinlərinin etnomədəni tələbatlarının təmin edilməsi məqsədini daşıyıb.

Moskva meriyasının Regionlararası Əlaqələr və Milli Siyasət Komitəsinin təşkilatcılığı ilə paytaxtın “Lujniki” idman kompleksində baş tutan bayram tədbiri çərcivəsində qonaqlar müxtəlif ölkələrin xalq yaradıcılığı və ənənəvi peşələrin yarmarka sərgisi ilə də tanış olublar. Sərgidə müxtəlif xalqların milli mətbəxi nümayiş olunub.

Tədbirdə çıxış edən Regionlararası Əlaqələr və Milli Siyasət Komitəsinin rəhbəri Yuriy Artyux Novruz bayramı münasibəti ilə qonaqları təbrik edib.O, tədbir iştirkaçılarına Moskva meri Sergey Sobyaninin təbrik məktubunu oxuyub. Daha sonra Rusiyada akkreditə olunmuş və “Novruz” bayramını qeyd edən xalqların diplomatları adından çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və saləhiyyətli səfiri Polad Bülbüloğlu Novruz bayramının baharın rəmzi olduğunu bildirib və bu bayram münasibəti ilə bütün xalqlara uğur və inkişaf, sülh dolu həyat arzulayıb.
Qeyd edək ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edib.

Ümümşəhər “Novruz 2012” adlı bayram konsertində Rusiya və MDB ölkələrinin incəsənət ustadları, o cümlədən Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan olan incəsənət xadimləri çıxış ediblər. Ölkəmiz adından isə bayram konsertində xalq artisti Bilal Əliyev, əməkdar artist Gulyaz Məmmədova və Lalə Məmmədova çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR